Anna, bu il siz zirvədə idiniz. Sizin bu il keçiriləcək Dünya çempionatı barəsində hər hansı bir fikriniz varmı? Sizin fikrinizcə rəqiblərdən hansı daha güclüdür?
- Nə isə iddia etmək niyyətində deyiləm. Mənim vaxtımda hər şey elə də rahat deyildi və çox da yaxşı başlamamışdı. Greifensee-də (İsveçrə) hətta finala belə çata bilmədim. Mən sonuncu iki yarışda qalib gəlməyimə baxmayaraq tam əminəm ki, yaxşı nəticələr göstərə bilən hazırlaşmış və tərifə layiq qızlar çoxdur.
Qadınların problemləri üçün ayrıca dərəcələr daxil edilməsi barədə danışıqlar gedir.
Bu haqda nə düşünürsünüz?
- Fikirləşirəm ki, bu doğrudur, bəzi marşrutlarda dərəcə üstündə daimi olaraq mübahisələr yaranır və bu daima “oynayır”, mənə elə gəlir ki, dərəcələri sistemləşdirmək və onlara müəyyən edilmiş tələblər irəli sürmək zəruri addımdır.
Əgər bunu eləməyi bacaran insanlar tapılarsa, mübahisəsiz, ağır işi, bu hər şeyi sadələşdirər və qayayadırmananlara köməyi olar. Mənə həm də elə gəlir ki, hər marşrutun özünün qurucusu olmalıdır, ancaq mən düşünürəm ki, biz sadəcə olaraq bunu eləməyi biləcək qədər qadını tapa bilmərik.
Hansı qayalıq rayonları sizin xoşunuza gəlir?
-Mənim bir neçəsi xoşuma gəlir... Xoşuma gələnlərdən biri də evimə yaxın olan Magic wood-dur. Keçən yay Rocklands-da olmaq mənə nəsib oldu və bu çox heyran edici idi. Mənim Yeni Zellandiyada yerləşən Сastle hill çox xoşuma gəldi, orada sərin idi, bu rayonların hər biri fərqlidir və hərəsinin özünə məxsus gözəlliyi vardır.
|