ENG
RUS
05.9.2010
Norveçli qonaqlar Qrıza yola salınmışdır
 31/7/2010 

Norveç və Azərbaycandan olan skautlar qrupu 31 iyuldan 5 avqust tarixlərinədək Quba rayonuna birgə dağ yürüşü  edəcəklər.Yürüş FAİREX-in dəstəyi ilə həyata keçirilir. 2008-ci ildə başlanan Norveç-Azərbaycan “Dostluq” layihəsi 2010-ci ildə keçirilən artıq ikinci tədbirdir. Norveç və bizim skautların ilk tədbiri 2010-cu ilin iyun ayında Norveçdə  kanoe-yürüşü ilə başlamışdır . Biz norveçliləri bu gün  cavab səfəri ilə qarşılayırıq.

 

   Azərbaycanın skautlar Assosiyasiyası 2009-cu ilin əvvəlindən FAİREX-in üzvüdür . O gündən etibarən skautlar federasiyanın bir çox tədbirlərində fəal iştirak edirlər.

   Yürüşün iştirakçıları dağlıq ərazi ilə piyada Qrız-Dəhnə kəndindən Qrız kəndinə keçməyi və yerli uşaqlar üçün müxtəlif aksiyalar( qayayadırmanma üzrə yarış, futbol üzrə dostluq yarışı, dünya  skautları hərəkatından söhbətlər və ekoloji  aksiyalar)   təşkil etməyi planlaşdırırlar. Bundan sonra Qızıl Qaya dağlıq massivinin ətəklərinə yaxınlaşma və əgər hava şəraiti əlverişli olarsa ilk növbədə Qızıl Qaya zirvəsinə(3726 m) və Heydər zirvəsinə (3751 m) yürüş nəzərdə tutulur. 

   Norveçdən gələn qonaqlarla ( Asmund Vikenes, Ask Aresson Pape, Aksel Brakestad, Fredrik Westbye) yola düşməzdən əvvəl federasiyanın ofisində görüş təşkil olunmuşdur. Onlarla federasiyanın vitse-prezidenti Sarvan Rəsulov arasında söhbət aparılmışdır. Söhbətin qısa xülasəsini nəzərinizə çatdırırıq.

 S.Rəsulov: - Sizinlə federasiyamızda görüşməyimizə çox şadam. Güman edirəm ki, sizin bu yürüşünüz çox maraqlı olacaqdır.    

    A.Vikenes: - Mən bununla artıq bir neçə dəfədir ki, Azərbaycana gəlirəm. Hər gəlişimdə burada çox maraqlı yeniliklərlə qarşılaşıram. Bizi bu gün burada qəbul edib və bu maraqlı yürüşü təşkil etdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk.

 S.Rəsulov: -  Siz Azərbaycanla Norveç arasında oxşar cəhətlər görürsünüzmü?

Bu barədə Tur Heyerdal da yazmışdır.

     A.Vikenes -  Bəli, mən Azərbaycanla Norveç arasında artıq oxşar cəhətlər müşahidə etmişəm və bu barədə düşünürəm. 

    A.A.Pape: -  Mən tələbəyəm və bu mənim Azərbaycana ikinci gəlişimdir. Azərbaycanlı həmkarlarımla bir yerdə olmaqdan çox məmnunam.

   A.Brakestad :-  Mən də tələbəyəm. Gələcək ixtisasım siyasətçidir və Azərbaycan mənim üçün çox maraqlıdır. Mən də digər yoldaşlarım kimi burada olmaqdan çox məmnunam. Bizə Azərbaycanın təbiəti ilə tanış olmamız üçün şərait yaratdığınıza görə Sizə təşəkkürümü bildirirəm.

   F.Westbye: - Mən də tələbəyəm və gələcək ixtisasım mühəndislikdir. Azərbaycan mənim üçün də çox maraqlı bir ölkədir. Mən artıq bir neçə dəfə Azərbaycanda olmuşam və insanları çox mehriban və gülərüz, təbiəti isə olduqca gözəldir. Sizin bu cür qonaqpərvərliyinizə görə minnətdarlığı bildirirəm.

 Sonra S.Rəsulov qonaqları federasiyanın ofisi ilə tanış etmiş və federasiyanın fəaliyyəti barədə qonaqları məlumatlandırmışdır. Qonaqlar federasiyanın ofisindən Azərbaycanın dilbər guşələrindən olan Quba rayonuna və tarixi məskən sayılan Qrız kəndinə yola salınmışlar.

Oxunub: 808
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Xəbərlər
DÜNYA XƏBƏRLƏRI
FORUMDA MÜZAKİRƏ ET
Bütün movzular
PROYEKTLƏR
Akonkaqua ekspedisiyası
Kilimancaro Ekspedisiyası
Antarktida Ekspedisiyası
Buzadırmanma üzrə Açıq Azərbaycan Kuboku
Bizdən yazırlar
EKSTREMAL İDMAN www.ekspress.az
Azərbaycanda ilk dəfə dağ idman növləri üzrə festival az.trend.az
“Qızıl Qaya-2010” beynəlxalq dağ idmanı festivalı başlayır 7gun.az
Azərbaycanda ilk dəfə “Qızıl Qaya-2010” beynəlxalq dağ idmanı festivalı öz işinə başlayıb. inradio.tv
Azərbaycanda ilk dəfə anspress.com
arxivə bax
Elanlar
Dostlar
Statistika
» 2 Onlayn
» 35 Gün
» 807 Həftə
» 506 Ay
» 40665 İl
» 40665 Ümumi
Netty 2010 Nominant
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriForum - MəktubKitabxana - Bloqlar