Respublika Alpinist-Turist klubundan aldığımız xəbərə görə azərbaycanlı alpinistlər Rəşad Hüseynov, Səbinə və İnarə Təhməzova bacıları klubun rəhbəri Saridan Mursaqulovun başçılığı ilə Türkiyə Dağçılıq Federasiyası tərəfindən təşkil olunan Ağrı dağına(5.137 m.) Zəfər yürüşündə iştirak edərək Azərbaycanın üç rəngli bayrağını Ağrı dağın zirvəsində qaldırmışlar.
Azərbaycan Hava və Ekstremal İdman növlərinin inkişaf planına uyğun olaraq 17-22 avqust 2010 tarixlərində federasiyanın ekspedisiya qrupu Şahdağ milli parkının yüksək dağ ərazilərində tədqiqat yürüşü etmişlər.
Yay sakitliyindən istifadə edərəkgördüyümüz işlərəqısa bir baxış keçirmək istərdik. Federasiyamız son iki ildə dağ idman növlərinin inkişafına xüsusi diqqət yetirmişdir. Keçən dövr ərzində bu istiqamətdə bir çox tədbirlər keçirilmiş, yeni idmançıların bu sahəyə cəlb olunması və o cümlədən, bu idman növünün gənclər arasında populyarlaşması üçün xüsusi olaraqişlər görülmüşdür. Bizim üçün ən sevindirici hadisə Federasiyamızın Beynəlxalq İdman Qayayadırmanması Federasiyasına(İFSC) həqiqi üzvüseçilməsi olmuşdur.
Azərbaycan-Norveç skautlarının birgə yürüşü müvəffəqiyyətlə başa çatdı
7/8/2010
Beləliklə, yürüş başa çatdı, iştirakçılar Bakıya yüksək əhval-ruhiyyə ilə böyük təəssüratlarını dostları ilə bölüşmək üçün qayıtmışlar. Bu yürüş nəinki Norveçdən gələn skautlar üçün, qəribə olsa da bizim uşaqlar üçün də yenilik olub.
Size gelecek planlarinizda ugurlar arzulayiram. Gorduyunuz isler teqdirelayiqdir
09-11-2009 | 23:03
Göndərən: Elxan Memmedov
Azerbaycanda bele bir federasiya yaradildigi ucun cox sevinirem, Ugurlarinizin davamini dileyirem, Sizin Afrika ve Antarktidaya etdiyiniz seferler heqiqeten inanilmazdir, amma siz bunu etdiniz. Tebrik edirem.
09-11-2009 | 23:03
Göndərən: FERID NAMAZOV
Salam federasiya. Duzu Azerbaycanda bu idman novleri uzre federasiyanin olmasini Kilimancaro seferi haqqinda bildikden sonra oyrendim. Nece de maraqli bir iw gorursunuz. Size ugurlar arzu edirem. Azerbaycan adindan qazanilan ugurlara gore her birinize minnetdaram. Sizi inandiriram ki, yaxin gelecek de olduqca populyar bir federasiya olacaqsiniz. Yavaw-yavaw bizim gencler tamamile ferqli duwunmeye bawlayiblar. Size siralariniz minlerle genc hesabina boyuk bir ordu olacaq. Men arabir xarice gedirem. Orda deyirem Azerbaycan komandasi Antarktidaya gedib, Kilimancaroya qalxib. Cox qisqanirlar. Onlar bizi Qafqazdan kenarda gormek istemirler. Size minnetdaram. Men de sizin federasiyanin siralarinda olmaq isterem. Ugurlar olsun. Hemiwe zirvelerde. Azebaycana da bele yarawir.